CƏMİYYƏT


Meşələrin İnkişafı Xidmətində təcrübə keçən tələbələr Şabranda ağac əkiblər

Bakı, 31 mart, AZƏRTAC

Meşələrin İnkişafı Xidmətində təcrübə keçən tələbələr Şabran rayonunun meşə fondu torpağında keçirilən ağacəkmədə iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin və Qərbi Kaspi Universitetinin Kollecinin “meşə və meşə-park” ixtisası üzrə təhsil alan tələbələri bu gün keçirilən ağacəkmə zamanı yeni meşə əkinləri, meşəbərpa tədbirlərinin aparılması üsulları və onların tətbiqi qaydaları ilə tanış olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacəkmə zamanı Meşələrin İnkişafı Xidmətinin rəsmilərinin, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürliyinin mütəxəssislərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və tələbələrin iştirakı ilə gün ərzində 2 min 500 ədəd şam və sərv ağacı əkilib.

Tədbirin sonunda Meşələrin İnkişafı Xidmətinin və Orman Genel Müdürliyinin rəhbərliyi adından ağacəkmədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.