ELM VƏ TƏHSİL


Meşələrin qorunması ilə bağlı layihənin onlayn müzakirəsi keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Qafqaz Regional Ekoloji Mərkəzinin AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə “Qafqaz regionunda meşələrə ümumi baxışa təşviq” layihəsinin onlayn müzakirəsi keçirilib.

Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov layihənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan ərazisinin 11 faizini təşkil edən meşələrin 85 faizi dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, su təmizləyici və iqlim saflaşdırıcı xüsusiyyətə malik olduğuna görə onların qorunması, dövlət tərəfindən mühafizəsi böyük önəm daşıyır.

Tədbirdə layihənin texniki ekspert qrupunun yaradılması məsələsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.