CƏMİYYƏT


Meşələrin və ətraf ərazilərin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir

Meşələrin və ətraf ərazilərin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir

Bakı, 24 yanvar, AZƏRTAC

Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir.

ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır. Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.