REGİONLAR
Meşəyə moruq yığmağa gedən Quba sakini bədbəxt hadisə nəticəsində ölüb
Quba, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Suxtakələ kənd sakini Nəsirov Sahib Nüsrəddin oğlu avqustun 25-i saat 15:00 radələrində meşəyə moruq yığmağa getdikdən sonra geri qayıtmayıb.
57 yaşlı S.Nəsirovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri cəlb olunub. Axtarışlar nəticəsində Sahib Nəsirovun meyiti bu gün səhər saatlarında meşəlik ərazidə aşkarlanıb. Məlum olub ki, mərhum üzərinə ağac aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2024 [17:40]
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək
- 17.04.2024 [16:31]
Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib
- 17.04.2024 [15:43]
Bu il Qaxda 455 hektar sahədə tütün əkini proqnozlaşdırılır
- 17.04.2024 [15:34]
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
- 17.04.2024 [15:13]
Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği qaytarılıb
- 17.04.2024 [13:11]