İQTİSADİYYAT


Məşğul əhalinin 75 faizi özəl sektorda işləyir

Bakı, 14 fevral, Elvin Camalov, Sevda Cəfərova, AZƏRTAC

Azərbaycanda məşğul əhalinin 75 faizi özəl sektorda işləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 83 faiz təşkil edir. Məşğul əhalinin isə 75 faizi bu sektorda cəmləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.