CƏMİYYƏT


Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Bakı, 5 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti peşə kurslarına qəbul aparır.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, elektrik qaz qaynaqçısı, qazanxana maşinisti, lift üzrə elektromexanik, qaz qaynaqçısı, əl elektrik qaynaqçısı istiqamətləri üzrə təşkil olunacaq kurslara 20-40 yaş aralığında, minimum orta təhsilli şəxslər müraciət edə bilərlər.

Bir ay müddətində təşkil edilən kurslar "İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi" MMC ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursları uğurla bitirənlərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Həmin istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyənlər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Müraciət edənlərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunanlar kurslara cəlb olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.