CƏMİYYƏT


“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı 2349-a, işlə təmin olunanların sayı 659-a çatıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na başlanmasından artıq üç ay ötür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan marafona ötən dövr ərzində 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin işəgötürənlər tərəfindən elektron sistemə 2349 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında işlə təmin olunanların sayı isə 659-a çatıb. Onlardan 542-si qazi, 117-si şəhid ailəsi üzvləridir.

“Məşğulluq marafonu” şəhid ailəsi üzvləri və qazilərin məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına şərait yaradır.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.