DÜNYA


Məşhur “Belqradyanka” binası satılıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Bir vaxtlar keçmiş Yuqoslaviyada ən uca bina, Serbiya paytaxtının ən görməli yerlərindən biri olan “Belqradyanka” sarayı satılıb.

AZƏRTAC xəbər verir ki, Belqradın mərkəzində yerləşən, rəsmi adı “Belqrad sarayı” olan, lakin xalq arasında “Belqradyanka” adı ilə daha çox tanınmış bu bina 16,5 milyon avroya satılıb.

Yerli KİV-lərdə verilən məlumata görə, binanın alıcısı ölkənin daşınmaz əmlak bazarında mühüm rol oynayan “Marera Propertiz” şirkətinin törəmə firmasıdır.

Tenderin şərtlərinə görə, “Belqradyanka”nın yeni sahibi 3 il ərzində infrastruktura azı 8 milyon avro həcmində sərmayə qoymalıdır.

Xatırladaq ki, “Belqradyanka”nın tikintisi 1969-cu ildə başlanıb və 5 ildən sonra başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.