MƏDƏNİYYƏT


Məşhur “Beryozka” Bakıda konsert verəcək

Bakı, 28 avqust, AZƏRTAC

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə “Beryozka” ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.