ELM VƏ TƏHSİL
Məşhur “Müntəxəbut-toriyyə” əsəri çapdan çıxıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Həzrət Məhəmməd Peyğəmbərin (s) göstərişi ilə Həzrət Əlinin (ə) Tövratdan etdiyi 40 surənin tərcüməsindən bəhs edir. Kitabda “Müntəxəbut-toriyyə” əsərini Azərbaycan dilinə tərcümə etmiş Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin həyat və yaradıcılığı haqqında oçerklə yanaşı, tərcümə mətninin transfoneliterasiyası da yer alıb. Bundan əlavə, kitaba bu əsərin Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunan əlyazmalarından biri və Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin öz xətti ilə əlyazmasının faksimile surəti əlavə edilib.
Kitabın redaktoru akademik Vasim Məmmədəliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]