MƏDƏNİYYƏT


Məşhur aktyor Cessi Eyzenberq “Saraybosnanın ürəyi” fəxri mükafatına layiq görülüb

Bakı, 16 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən 28-ci Sarayevo Film Festivalında (SFF) amerikalı aktyor, yazıçı və rejissor Cessi Eyzenberq “Saraybosnanın ürəyi” fəxri mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafat 39 yaşlı istedadlı aktyora "When You Finish Saving The World" (Dünyanı xilas etməyi bitirəndə) filminin nümayişindən əvvəl təqdim olunub.

Avqustun 19-dək davam edəcək festivalda kinosevərlər 62 ölkədən 230 filmə baxmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək üçün təşkil edilən Sarayevo Film Festivalına bu illər ərzində dünyaca məşhur bir çox kino ulduzu qoşulub. Həmin məşhurlar sırasında Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum və digərləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.