İDMAN


Məşhur argentinalı basketbolçu Luis Skola karyerasını bitirib

Bakı, 21 sentyabr, AZƏRTAC

Məşhur argentinalı basketbolçu Luis Skola karyerasını bitirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 41 yaşlı oyunçu bundan sonra fəaliyyətini klub funksioneri kimi davam etdirəcək. O, İtaliyanın “Vareze” klubunun direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Skola 2004-cü ildə Argentina millisi ilə Olimpiya çempionu, dörd il sonra isə bürünc mükafat qazanıb. Bununla yanaşı, onun liderliyi ilə Argentina millisi 2002-ci və 2019-cu illərdə dünya çempionatında finaladək yüksəlib. O, həmçinin 2001-ci və 2011-ci illərdə Argentina seçməsi ilə Amerika Kubokunu da qazanıb. MBA-da keçirdiyi 10 ildə “Hyuston”, “Finiks”, “İndiana”, “Toronto” və “Bruklin” komandalarının şərəfini qoruyan Skola 743 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.