DÜNYA


Məşhur britaniyalı fizik Stiven Hokinqin əşyaları hərraca çıxarılıb

London, 10 noyabr, AZƏRTAC

Məşhur britaniyalı fizik Stiven Hokinqin 22 ədəd şəxsi əşyası hərracda 1,8 milyon funt sterlinqə satılıb.

AZƏRTAC xəbər verir ki, alimin 1965-ci ildəki “Kainatın xüsusiyyətləri” adlı doktorluq dissertasiyası, 1980-1990-cı illərdə istifadə etdiyi təkərli kürsüsü, “Simpsonlar” cizgi filmində iştirak etdiyi hissənin ssenarisi, çoxlu sayda medal və kitab satışa çıxarılıb. Həmçinin Hokinq tərəfindən barmaq izi ilə imzalanmış “Zamanın qısa tarixi” adlı kitab da satılan əşyalar arasında olub.

Təkərli kürsünün satışından əldə edilən gəlir Stiven Hokinq Vəqfinə və Motor Neyron Xəstəlikləri Dərnəyinə bağışlanacaq.

Qeyd edək ki, Stiven Hokinq 2018-ci il martın 14-də vəfat edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.