Məşhur gimnast bacılar ilk dəfə Azərbaycanda
AzerTAg.az

Şəki, 9 dekabr, AZƏRTAC
İlk dəfədir Azərbaycana gəlirik. Bura çox gözəldir, yüksək qonaqpərvərliklə qarşılandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışların qala-şousunda iştirak etmək üçün ölkəmizə gəlmiş əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları müsahibələrində deyiblər.
Qədirova bacıları bildiriblər ki, qala-şou möhtəşəm təşkil olundu və müxtəlif gimnastika növlərini özündə birləşdirdi.
“Şəkiyə gəlməmişdən əvvəl Bakıda 18 ildən sonra baba və nənəmlə görüşdük. Bakı kimi, Şəki də gözəldir. Ən əsası Şəkiyə gələndə qar gördük. Bu, bizi çox sevindirdi. Şəkidən qayıtdıqdan sonra Bakıda gəzməyi düşünürük. İlk dəfə doğma vətənimizdə irimiqyaslı turnirdə iştirak etdik. Tamaşaçıların bizə azarkeşlik etməsi çox sevindirici idi. Liverpulda təşkil olunan dünya çempionatında Azərbaycan diasporunun dəstəyini hiss etmişdik. Bu, bizi sevindirir və yeni uğurlara həvəsləndirir”, - deyə Qədirova bacıları əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var