Məşhur ifaçı Emi Vaynhausun faciəvi həyatı barədə sənədli film çəkiləcək
AzerTAg.az
Bakı, 30 iyul, AZƏRTAC
Rejissor Sem Teylor-Conson britaniyalı ifaçı Emi Vaynhaus haqqında onun “Back to Black” hitinin adını daşıyan bioqrafik film çəkəcək.
AZƏRTAC xəbər verir ki, beş dəfə “Qremmi” mükafatı laureatı, ifaçı Emi Vaynhaus rolu üçün ən yaxşı namizəd 25 yaşlı britaniyalı aktrisa, “İndustriya” serialının ulduzu Marisa Abela seçilib. Layihənin prodüserlərini M.Abelanın səsinin 2011-ci ildə dünyasını dəyişən məşhur ifaçının səsi ilə oxşarlığı valeh edib. İyun ayında keçirilən dinləmələr zamanı aktrisa ifaçının "Back to Black" hitini ifa edib.
Qeyd edək ki, layihəni sənətçinin ölümündən sonra onun sərvəti hesabına ailəsi maliyyələşdirəcək. Süjetin təfərrüatları hələ açıqlanmayıb, lakin məlumdur ki, sənədli filmdə bir ulduzun sənətində yüksəlişindən və onun faciəli ölümündən bəhs ediləcək.



Xəbərin mətnində orfoqrafik səhv var