MƏDƏNİYYƏT


Məşhur pambıqçıya həsr olunan filmin çəkilişləri yekunlaşıb

Bakı, 13 sentyabr, AZƏRTAC

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi pambıqçı Suğra Mədətovaya həsr etdiyi sənədli filmin çəkilişlərini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru Rafiq Əliyev, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Məşhur pambıqçının həyat və əmək fəaliyyəti haqqında ekran əsəri yaxın vaxtlarda filmsevərlərə təqdim ediləcək.

Qeyd edək ki, Suğra Mədətova 1940-cı ildə Ağcabədi rayonunda anadan olub. 1957-74-cü illərdə Ağcabədi rayonunun “Çaparidze” kolxozunda kolxozçu, manqa başçısı, briqadir vəzifələrində çalışıb.1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. İki dəfə “Lenin” ordeni ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.