DÜNYA


Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib

Bakı, 20 iyul, AZƏRTAC

Məşhur amerikan kinorejissoru, ssenarist və prodüser Oliver Stoun Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı artıq bir-iki körpənin xaç atası olduğunu, pravoslav adətinə görə, xaç suyuna salınma kimi müqəddəs mərasimdən imtina etməyin mümkün olmadığını söyləyib. Vladimir Putin diqqətə çatdırıb ki, bir neçə körpəni xaç suyuna salıb. Bundan sonra Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun. Putin isə cavabında qızın özündən soruşmaq lazım gəldiyini deyib. Kinorejissor razılaşıb və məlumat verib ki, qızının 22 yaşı var və xristian adət-ənənələri ilə tərbiyə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.