DÜNYA
Məşhur reper Kanye Uestin tviterdəki səhifəsi bloklanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Məşhur amerikalı reper Kanye Uestin tviter sosial şəbəkəsindəki səhifəsi bloklanıb.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, “Twiter” kompaniyasının sahibi İlon Mask bunu reperin sosial şəbəkənin siyasətini pozması ilə əlaqələndirib.
“Mən bacardığım hər şeyi etdim. Lakin Kanye Uest zorakılığa çağırışa qarşı yönəlmiş qaydalarımızı yenidən pozdu. Onun hesabı bloklanacaq”, - deyə sahibkar elan edib.
Hazırda müğənninin sosial şəbəkədəki səhifəsinin fəaliyyəti dayandırılıb.
Amerikalı reper Adolf Hitlerə və nasistlərə sevgisinin olduğunu, həmçinin Vladimir Putinə və Rusiyaya dəstəyini bəyan edib. Antisemit fikirlər səbəbindən Kanye Uestin səhifəsi bundan əvvəl də bir dəfə bloklanmışdı.