MƏDƏNİYYƏT


Məşhur rok qrupu təxirə saldığı konsert proqramını bərpa edib

Bakı, 17 may, AZƏRTAC

Vokalçı Mik Cagerin ürəyindən keçirdiyi əməliyyata görə fəaliyyətini dayandıran məşhur “The Rolling Stones” rok qrupu ABŞ və Kanadada konsert turuna davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qrupun rəsmi saytının yazdığı açıqlamada bildirilib.

Məlumatda deyilir: “Biz turumuzun yeni tarixlərini elan etməyə çox şadıq. Birinci konsert iyunun 21-də Çikaqoda “Soldier Field” stadionunda olacaq”.

Xatırladaq ki, “The Rolling Stones” qrupu vokalçısı M.Cagerin səhhətinin pisləşməsi ilə əlaqədar Mayami, Çikaqo, Denver, Vaşinqton və digər şəhərlərdə verəcəyi konsertləri təxirə salmaq məcburiyyətində qalmışdır. Qrupun gitaraçısı Ronni Vud elan edib ki, Cagerin ürəyindən keçirdiyi əməliyyat uğurlu alınıb və onun sağlamlığı tez bir zamanda bərpa olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.