DÜNYA


Məşhur türk aktyor Cüneyt Arkın vəfat edib

Bakı, 28 iyun, AZƏRTAC

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın 84 yaşında vəfat edib.

AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, aktyorla vida mərasimi bu gün keçiriləcək.

Cüneyt Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor Cüneyt Arkın adı ilə məşhurlaşıb.

Aktyor, əsasən, “Yeşilçam”ın əfsanəvi ulduzları - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.