ELM VƏ TƏHSİL


Məşhur xeyriyyəçinin nəticəsi ADNSU-da tədris şəraiti ilə tanış olub

Bakı, 7 dekabr, AZƏRTAC

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsi, neftçi-geoloq Nazim Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris şəraiti ilə tanış olub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Görüş zamanı rektor Mustafa Babanlı universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, əməkdaşlıq əlaqələrindən, qazanılan uğurlardan danışıb. Rektor, eyni zamanda, XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Doğma ADNSU-da olmaqdan məmnunluğunu bildirən N.Abdullayev ali təhsil ocağında tədrisin keyfiyyətinin və elmi potensialın müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.