İDMAN


Messi “Forbes” jurnalına görə dünyanın ən çox qazanan idmançısı seçilib

Bakı, 12 may, AZƏRTAC

“Paris Sen-Jermen” və Argentina millisinin futbolçusu Lionel Messi “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançıları siyahısına başçılıq edir.

AZƏRTAC xəbər verir ki, bu barədə nəşrin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək Messi 130 milyon dollar qazanıb ki, bunun da 75 milyonunu maaşından gələn gəlir, 55 milyon dolları isə sponsorluq və reklam müqavilələrindən əldə olunub. Reytinqdə ikinci yeri Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunun forvardı 34 yaşlı amerikalı Lebron Ceyms (121,2 milyon dollar) tutub. Üçüncü pillədə isə 115 milyon dollarla İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.