İDMAN


Messi avrokuboklarda 100-cü qolunu vurub VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Olimpiakos” ilə oyun “Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb.

Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub.

Qeyd edək ki, Messi yalnız Kriştianu Ronaldudan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.