İDMAN


Messi iki oyunluq cəzalandırılıb

Bakı, 19 yanvar, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun ulduz futbolçusu Lionel Messinin cəzası müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Argentinalı forvard İspaniya kuboku yarışlarında “Kornella” və La Liqada “Elçe” ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. “Atletik” final matçının əlavə vaxtında “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.