İDMAN


Məsud Özil: Bakı Olimpiya Stadionu, çox sağ ol!

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan İngiltərənin “Arsenal” komandasının türk əsilli futbolçusu Məsud Özil ölkəmizdə mehriban qarşılanmasından məmnunluğunu bildirib.

AZƏRTAC xəbər verir ki, futbolçu “Twitter”dəki şəxsi səhifəsində ingilis dilində yazıb: “Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!”

Xatırladaq ki, oktyabrın 4-də oynanılan görüşdə “Arsenal” klubu 3:0 hesabı ilə qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.