İDMAN


Məsut Özil formasını keniyalı uşaqlara göndərib

Bakı, 12 mart, AZƏRTAC

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil formasını keniyalı uşaqlara göndərib.

AZƏRTAC İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, Keniyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə köynəyinin arxasına “Özil” yazdığını sosial mediada görən 30 yaşlı futbolçu həmin uşağa və dostlarına forma, top və butslar göndərib.

Türk əsilli futbolçu öz “Instagram” hesabında uşaqların şəkillərini paylaşaraq altında qeyd edib: “Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm”.

Qeyd edək ki, Özil peşəkar futbolçu karyerasının debütünü 2006-cı ildə Almaniyanın “Şalke” klubunda edib. O, 2007-ci ildən 2011-ci ilədək “Verder Bremen”, 2011-ci ildən 2014-cü ilədək “Real Madrid”in formasını geyinib. Yarımmüdafiəçi 2014-cü ildən Londonun “Arsenal” komandasında çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.