İDMAN


Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər

Bakı, 10 oktyabr, AZƏRTAC

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 30 yaşlı futbolçunu İstanbulun “Fənərbağça” komandası transfer etməkdə israrlıdır.

İstanbul klubu qış fasiləsində təcrübəli futbolçunun keçidini həll etmək istəyir. Klub rəhbərliyi Özili icarə əsasında heyətinə qatmaq üçün “topçular”la danışığa başlayıb. Cari mövsüm Premyer Liqada cəmi 1 oyunda meydana çıxan futbolçu özü də London klubundan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Özilin “Arsenal” komandası ilə müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.