İQTİSADİYYAT


“Met-Ak” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Bakı Fond Birjasının (BFB) listinq komitəsinin qərarı ilə "Met-Ak" MMC-nin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, istiqrazların yerləşdirilməsi mayın 17-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların hərraca çıxarılan həcmi 3 milyon AZN, nominal dəyəri 1000 АZN, hərrac qiyməti 1000 AZN, tədavül müddəti 365 gün, faiz dərəcəsi 10 faiz, faiz ödənişlərinin müddəti hər bir təqvim ayından bir olacaq. "Unicapital İŞ" ASC anderrayter vəzifəsində çıxış edir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.