İQTİSADİYYAT


“Met-Ak” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı Fond Birjasında (BFB) "Met-Ak" MMC-nin 3 milyon manat həcmində, 366 gün olan tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olub. Sifarişlər 8 investor tərəfindən təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olub. İstiqrazlar 2020-ci il mayın 17-də ödəniləcək.

"Met-Ak" MMC-nin istiqrazları BFB-nin standart bazar seqmentində listinqdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.