DÜNYA


“Meta” şirkəti tarixdə ilk dəfə gəlirlərinin azalmasını bildirib

Vaşinqton, 28 iyul, AZƏRTAC

Feysbuk və İnstaqram şirkətlərinin “ana şirkəti” sayılan “Meta” şirkəti tarixdə ilk dəfə öz gəlirlərinin azalmasını elan edib.

AZƏRTAC holdinqin bəyanatına istinadla xəbər verir ki, gəlirlərin azalması iqtisadiyyatın qeyri-sabitliyi və rəqib şirkət “Tik-Tok” tərəfindən rəqabətin güclənməsi nəticəsində reklam sifarişlərinin azalması ilə bağlıdır.

“Meta”nın rəqibləri Google və Tviter şirkətləri də son üç ayda gəlirlərinin azalmasını bildiriblər. Ümumiyyətlə, rəqəmsal reklam bazarında tənəzzül bu şirkətlərin gəlirlərinə ciddi təsir göstərib. “Google”un “ana şirkəti” Alphabet şirkəti rüblük gəlirin son iki ildə ən aşağı sürətlə artmasını bildirib.

“Meta” şirkətinin baş direktoru Mark Sukerberqin sözlərinə görə, onun şirkəti investisiyaları zəiflətməyi və bu ilin əvvəlində yeni işçilərin sürətlə cəlb edilməsindən sonra əməkdaşların sayını “durmadan azaltmağı” planlaşdırır. Baş direktor analitiklərlə telefon konfransında deyib: “İndiki dövr daha artıq intensivlik tələb edir. Biz daha az resurslarla daha çox iş görəcəyik”.

Bu ilin aprel-iyun aylarında “Meta” şirkətinin mənfəəti 6,69 milyard dollar və ya bir səhmə görə 2,46 dollar olub. Ötən ilin müvafiq dövründə mənfəət 10,39 milyard dollar və ya bir səhmə görə 3,61 olduğunu nəzərə alsaq, bu göstəricilər bir il əvvəlki ilə müqayisədə 36 faiz azalıb.

Şirkətin rüblük gəliri 28,82 milyard dollar olub, yəni bir il əvvəlki 29,08 milyard dollarla müqayisədə 1 faiz azalma baş verib.

“FactSet” şirkəti tərəfindən aparılmış rəy sorğusuna görə, analitiklər rüblük gəlirin isə 28,91 milyard dollar və ya 1 səhmə görə orta hesabla 2,54 dollar olacağını gözləyirdilər.

 

AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.