ELM VƏ TƏHSİL


“Metafizika” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 9 aprel, AZƏRTAC 

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin bu nömrəsində Vatikanın Lateran Pontifik Universitetinin professoru Françesko Alfierinin “Haqqa aparan ortaq yol nümunəsi”, İranın Əmir Kəbir Universitetinin professoru Əbülfəzl Kiyaşimşəkinin “Fəlsəfə və irfanın transsendental fəlsəfədə qarşılıqlı təsiri”, Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədov və Fuad Qurbanovun “Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinin məntiqi-qnoseoloji təhlili”, Elm Tarixi İnstitutunun baş elmi işçisi, dosent Ələddin Məlikovun “Sədrəddin Şirazi fəlsəfəsində ağıl və inam münasibətlərinin təhlili”, Fəlsəfə İnstitutunun dissertantı Yeganə Rəsulovanın “Tarixi yaddaş mədəniyyətin təkamülü dinamikasında” məqalələri yer alıb.

Yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir.

Jurnal "İdeal Online", "EBSCO", "DIIF", "Cosmos Impact Factor", "International Index Copernicus" və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.