ELM VƏ TƏHSİL


“Metafizika” jurnalının yeni nömrəsində xarici ölkə tədqiqatçılarının elmi məqalələri yer alıb

Bakı, 9 yanvar, AZƏRTAC 

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 4-cü nömrəsi işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, jurnalın bu sayında bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri dərc edilib. Yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə rəhbərlik edir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda tarix, fəlsəfə və sənətşünaslıq üzrə araşdırmalara yer verilir.

Jurnal “İdealOnline”, “EBSCO”, “DIIF”, “Cosmos Impact Factor”, “International Index Copernicus” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.