İQTİSADİYYAT
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
Bakı, 21 avqust, AZƏRTAC
Bu ilin ilk yeddi ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 445,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyul ayları ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 28,2 faiz, metallurgiya sənayesində isə 14,3 faiz artım müşahidə olunub.
Sahə üzrə 180,3 min ton (37,5 faiz çox) armatur, 7 024,2 ton (73,4 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 420,2 ton (7,3 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1108,7 ton (11 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]