İQTİSADİYYAT


Metallurgiya sənayesində 78,6 faiz artım olub

Bakı, 19 noyabr, AZƏRTAC 

Bu ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 552,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddət ərzində metallurgiya sənayesində 78,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 1,2 faiz artım müşahidə olunub.

Eyni zamanda, sahə üzrə 28 min 980,8 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.