MƏDƏNİYYƏT


“Metamorfoza” türkiyəli teatrsevərlər tərəfindən maraqla qarşılanıb

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi Türkiyənin Mersin şəhərində “Metamorfoza” tamaşası ilə çıxış edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış tamaşaya rejissor Günay Səttarın quruluşunda baxılıb. Səhnə əsərində rəsmlərin quruluşu Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova aiddir. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa ediblər. Aktyorların uğurlu çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bundan əvvəl, teatrın yaradıcı heyəti Türkiyənin Adana şəhərində keçirilən V Şəhər Teatrları Görüşü Festivalı çərçivəsində “Təklif. Elçilik” tamaşası ilə ölkəmizi təmsil etmişdir.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.