İQTİSADİYYAT


Metanol istehsalı 34 faizdən çox artıb

Bakı, 23 mart, AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycanda 22,4 min ton propilen (ondan əmtəəlik 22,4 min ton), 15,6 min ton polietilen, 27,4 min ton etilen, 76,6 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 19,5 faiz artıb. Martın 1-nə 3,1 min ton propilen, 3,6 min ton polietilen və 7,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövrendə əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı isə 16,1 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.