İQTİSADİYYAT


Metanol istehsalı 67,6 faiz artıb

Bakı, 21 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycanda 44,8 min ton propilen (ondan əmtəəlik 43,7 min ton), 31,8 min ton polietilen, 57,7 min ton etilen, 161,1 min ton metanol (metil spirti) istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 24,9 faiz artıb. Mayın 1-nə 2,3 min ton propilen, 5,5 min ton polietilen və 33,4 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 67,6 faiz, etilen istehsalı 18,2 faiz, propilen istehsalı isə 17,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.