CƏMİYYƏT
Mətbuat Şurasının İdarə Heyətinin iclasında KİV-lərlə bağlı bir sıra məsələlər nəzərdən keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, iclasda KİV-lərin dövlət tərəfindən maliyyələşməsi şərtlərinin dəyişməsindən sonra yaranmış vəziyyət, internet media resurslarının maliyyələşməsi, qəzet yayımı sahəsindəki vəziyyət, KİV-lərin reklam gəlirləri və s. məsələlər nəzərdən keçirilib. Bundan başqa, iclasda Mətbuat Şurasının 2018-ci ildə gördüyü işlərə dair hesabat müzakirə edilib.
Sonra Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb və cari məsələlər barədə fikir mübadiləsi aparılıb. MŞ-nin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlandığını bildirib və hazırda sənəd üzərində ekspertiza işlərinin aparıldığını vurğulayıb.
İclasda bəzi KİV-lərlə bağlı məhkəmə prosesləri ətrafında da müzakirələr aparılıb.