CƏMİYYƏT


Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti öyrənən monitorinq qrupunun fəaliyyəti bərpa edilib

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, çıxış edənlər şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısının təyinatı üzrə istifadə olunmadığını bildiriblər. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.

İclasda, həmçinin Bakı Metropoliteni stansiyalarında, avtobus dayanacaqlarında, beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışına, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Martın 14-dən işə başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyəti qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.