REGİONLAR


Mətbuat xidməti əməkdaşları üçün keçirilən təkrar attestasiyanın test imtahanı mərhələsi yekunlaşıb

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, test imtahanında bu il iyunun 7-də keçirilən müsabiqədə keçid balını (50 bal) toplaya bilməmiş, habelə sosial məzuniyyətdən qayıtmış 6 dövlət qulluqçusu iştirak edib, namizədlərdən 5-i müvafiq keçid balını toplayıb.

İmtahanda iştirakçılara qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Test imtahanında tələb olunan balı toplayan şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar. İkinci mərhələdə esse yazmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcək.

İmtahan başlanmazdan əvvəl iştirakçılar slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumatlandırılıblar. Sualları cavablandırmaq üçün iştirakçılara 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.

Test imtahanının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.