SİYASƏT


Mətin Yıldırım: Əminəm ki, yeni parlament Azərbaycanın ümumi inkişafına mühüm töhfə verəcək

Ankara, 5 dekabr, AZƏRTAC

Milli Məclisə növbədənkənar seçkilərin keçilməsi demokratik dünya birliyinin Azərbaycana diqqətini daha da artıracaq. Əminəm ki, yeni parlament Azərbaycanın ümumi inkişafına mühüm töhfə verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli tədqiqatçı-yazıçı Mətin Yıldırım bildirib.

Ekspert deyib: “Müstəqilliyini bərpa edəndən sonra Azərbaycanın qazandığı nailiyyətlərdən biri də ölkədə demokratik seçki mühitinin formalaşdırılmasıdır. Budəfəki parlament seçkiləri isə özündən əvvəlkilərdən bir sıra xüsusiyyətləri ilə fərqlənəcək. Bunu xüsusi səbəbləri var. Ən əsası odur ki, parlament məhz hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Dünyada baş verən nadir bir hadisədir ki, hakim partiya siyasi böhran olmadığı bir halda parlamentin buraxılmasını istəyib. Deməli, YAP parlamentin fəaliyyətində daha böyük nailiyyətləri hədəfləyir”.

Son illər Azərbaycanda yüksək seçki mədəniyyətinin formalaşdığını qeyd edən Mətin Yıldırım əminliklə bildirib ki, Azərbaycan xalqı fevralın 9-da növbəti dəfə dünya birliyinə şəffaf və ədalətli seçki nümunəsi təqdim etdirəcək. Azərbaycanın altıncı çağırış parlamenti özündən əvvəlki məclislərin təcrübəsindən bəhrələnməklə bərabər, özünün strateji hədəfləri ilə Azərbaycana xidmət edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.