ELM VƏ TƏHSİL


Metodistlər üçün “İKT bacarıqlarından səmərəli istifadə” mövzusunda vebinar təşkil olunub

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) metodik kabinet əməkdaşları üçün “İKT bacarıqlarından səmərəli istifadə (Microsoft Word)” mövzusunda vebinar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda metodistlərə informasiya və ötürülmə yolları, informasiya texnologiyaları və məqsədi, internet və xidmətləri, “Microsoft Office” proqramları haqqında geniş izahat verilib.

Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər və Zəngilan üzrə metodistlər iştirak ediblər.

150-yə yaxın metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi Fidan Abasova çıxış edib.

Qeyd edək ki, iştirakçı sayının çoxluğu nəzərə alınaraq vebinarın iki növbədə təşkili nəzərdə tutulub. Növbəti vebinarın iyulun 30-da keçirilməsi planlaşdırılıb. Metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.