CƏMİYYƏT


Metroda soyğunçuluq edən şəxslər saxlanılıb

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 17-də saat 23 radələrində metronun Nəriman Nərimanov stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq metropolitendə polis şöbəsinə gətiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyənləşdirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyiblər. Onların üzərilərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından çox narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirləri ilə o da müəyyənləşdirilib ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonundakı mağazaların birində paytaxt sakini olan bir qadından oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.