İQTİSADİYYAT


Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir

Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir

Bakı, 27 fevral, AZƏRTAC

Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra bu xəttin deposunun, “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. “Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.