İQTİSADİYYAT


Metronun “Bakmil” stansiyasına giriş və çıxışa qoyulan məhdudiyyətin vaxtı uzadılır

Bakı, 8 dekabr, AZƏRTAC

Metronun “Bakmil” stansiyasına giriş və çıxışa qoyulan məhdudiyyətin vaxtı uzadılır.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. Səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında, həmin stansiyadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, metronun “Bakmil” stansiyası ilə “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Qeyd edək ki, bu vaxta qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.