İQTİSADİYYAT


Metronun Depo ərazisindəki sexlərinə havalandırma sistemi quraşdırılacaq

Bakı, 10 yanvar, Elvin Camalov, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-nin Depo ərazisindəki sexlərinə havalandırma sistemi quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, havalandırma sistemi Depo ərazisindəki Birləşmiş Emalatxanalar və Eskalatorların təmir sexləri üçün quraşdırılır. Havalandırma sisteminin quraşdırılması ilə bağlı iddiaçılar fevralın 12-si saat 18:00-a qədər müraciət etməlidir. Ətraflı məlumat üçün 490-00-91 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.