İQTİSADİYYAT


Metronun “Həzi Aslanov” stansiyasında eskalator təmir olunur

Bakı, 7 fevral, AZƏRTAC

Bakı metrosunun “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün, eskalatorların istismar qaydalarına uyğun aparılır.

Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulur. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.