İQTİSADİYYAT


Metronun “Həzi Aslanov” stansiyasında təmirə dayandırılmış eskalator yenidən istismara verilib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Cari ilin yanvar ayında metronun “Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış “ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib. Stansiyanın 1 saylı eskalatoru istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, müvafiq texniki-normativ qaydalara uyğun olaraq, “ET-5M” tipli eskalatorlar 150 min kilometrədək qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır. Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər Bakı Metropoliteninin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.

Təmirin gedişinə nəzarəti eskalator xidməti yerinə yetirib. Təlimat tələblərinə uyğun olaraq, sonuncu sınaq və təhvil prosesi müvafiq müfəttişlik sahəsinin rəhbərliyi altında həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.