MƏDƏNİYYƏT
Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
Bakı, 5 may, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, muzeyinin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib. Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.
Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlıq məsələləri müzakirə edilib.