CƏMİYYƏT


Metropolitençilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 8 noyabr, AZƏRTAC

Bu il Bakı Metropoliteninin 52-ci ildönümü tamam olub. Metropoliten yarandığı gündən paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına göstərdiyi xidmət mədəniyyətinin səviyyə yüksəkliyini bu gün də saxlamaqda və inkişaf etdirməkdədir. Metropolitençilərin fədakar əməyi həmişə dövlət tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli Fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub. Metropoliten üçün əlamətdar sayılan bu tarix bu il də qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olan Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra metropolitençilər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, həmçinin “20 Yanvar” faciəsinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.